Ana səhifə / Kriminal / Qış Parkında kütləvi dava: bıçaqlananlar var

Qış Parkında kütləvi dava: bıçaqlananlar var

Nəsimi rayonunda 6 nəfər arasında kütləvi dava düşüb.

Unikal.org-un məlumatına görə, hadisə Qış Parkı kimi tanınan ərazidə baş verib.

Belə ki, 19 yaşlı Eyvazov Muradəli Sidqəli oğlu sevdiyi qıza görə 4 nəfərlə əlbəyaxa dava edib. Davaya M.Eyvazovun qohumu 22 yaşlı Nəsirov Sübhan Sarıbala oğluda müdaxilə etməli olub.

Lakin mübahisə qanlı sonluqla bitib. M.Eyvazov və S.Nəsirov bədənlərinin müxtəlif nahiyələrindən bıçaqlanıb. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …