Ana səhifə / Dünya / Düşmən ölkə İsraildə səfirlik açır: İrəvan Təl-Əvivin Bakıya silah satışını əngəlləmək niyyətində…

Düşmən ölkə İsraildə səfirlik açır: İrəvan Təl-Əvivin Bakıya silah satışını əngəlləmək niyyətində…

Ermənistanın xarici işlər nazirinin köməkçisi Qriqor Hovhannisyan “Yerusəlim Post” qəzetinə açıqlamasında İsraildə səfirlik açmağı planladıqlarını vurğulayıb.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, nazir qeyd edib ki, bu addımı atmaqda məqsədləri İsrail-Ermənistan münasibətlərini yeni mərhələyə çıxarmaqdır.

XİN rəsmisi səfirliyin Qüds şəhərində deyil, İsrailə məxsus digər bir şəhərdə də aça biləcəklərini qeyd edib və bildirib ki, İrəvan səfirliyin məhz Qüds şəhərində açılmasında israrçı deyil.

Hovhannisyan İsrailin Azərbaycana silah satması məsələsinə də toxunub və açıq şəkildə qeyd edib ki, İrəvan İsrailin Bakıya silah satmamasını arzulayır.

Göründüyü kimi, dünyanın bəzi ölkələrində maliyyə vəsaitinə qənat etmək məqsədi ilə diplomatik nümayəndəliklərini bağlayan Ermənistan, ağır iqtisadi durumuna rəğmən İsraildə səfirlik açmağı planlayır və bu planını “Azəbaycana silah satmayın” şüarı ilə paralel səsləndirir. Bu, əslində Ermənistanın İsraillə diplomatik münasibətləri hansı məqsədlə genişləndirmək istəyini izah edir. Görünən odur ki, Ermənistan İsraillə münasibətləri inkişaf etdirməklə yanaşı, həm də bu münasibətləri Azərbaycanın əleyhinə yönəltməyi, İsrailin Azərbaycana silah satışını əngəlləməyi planlaşdırır. Bu isə o deməkdir ki, Azərbaycan ayıq-sayıqlığını artırmalı, ermənilərin diplomatik təxribatlarına hazır olmalıdır.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …