Cümə axşamı , May 2 2024
Ana səhifə / Aktual / “Makdonalds”da qiymətlər bahalaşdı – Bütün məhsullar…

“Makdonalds”da qiymətlər bahalaşdı – Bütün məhsullar…

Bu barədə “AzPolitika.info”ya daxil olan məlumatda bildirilir. Məlumata görə, paytaxtın bir neçə məntəqəsində fəaliyyət göstərən məşhur restoranlar şəbəkəsi təklif etdiyi təamların qiymətini qaldırıb.

“Artıq bir neçə gündür bu restoranlarda qiymət artımı müşahidə edirik. Bütün məhsullar 0.50 – 0.70 AZN arasında bahalaşıb. Məsul şəxslər bahalaşmanın səbəbi barədə heç bir açıqlama verə bilmədilər”, deyə məlumatda bildirilir.

Apardığımız araşdırmaya görə, “Makdonalds” rəhbərliyinin məhsulların qiymət artımı barədə qərarı müştərilərlə yanaşı öz əməkdaşlarının da haqlı narazılığına səbəb olub. İşçilərin narazılığına səbəb isə, əməkhaqqlarının artırılmaması olub.

Həmçinin oxuyun

Hava pisləşir – Temperatur 8 dərəcə aşağı enəcək

Bakıda və Abşeron yarımadasında mayın 1-i və 2-si günün birinci yarısında şimal-qərb küləyinin 15-18 ms/, …