Ana səhifə / Kriminal / Bir ailə yandı, 2 yaşlı körpə isə öldü – Bakıda evdə partlayış

Bir ailə yandı, 2 yaşlı körpə isə öldü – Bakıda evdə partlayış

Binədə, Hövsan südçülük sovxozunda evdə partlayış baş verib.

Azinforum.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici məhlul (rastivaritel) töküb. Nəticədə odun sobası partlayıb və qadının özü, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu aldığı müxtəlif bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

İki yaşlı M.Əliyev isə dünən xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …