Ana səhifə / Aktual / Azərbaycanın sürücülük vəsiqələri xaricdə də tanınacaq

Azərbaycanın sürücülük vəsiqələri xaricdə də tanınacaq

Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır.

Bununla bağlı qanunvericiliyə dəyişiklik edilir.

Belə ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq.

Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin – “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.

Oxu.az bildirir ki, qanun layihəsi parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …