Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Cəmiyyət / Prezident hərbçilərə yeni mənzillərin verilməsi mərasimində

Prezident hərbçilərə yeni mənzillərin verilməsi mərasimində

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident İlham Əliyevə raport veriblər.

Dövlət başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub. Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin orderlərini təqdim edib.

Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Rafiq Quliyev öz adından və hərbçi yoldaşları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib.

Həmçinin oxuyun

AKİ “Nizami” kinoteatrı ilə “Azərbaycanfilm”i nəzarətinə götürmək istəyir

Əli İsa Cabbarov: “Hesab edirik ki, Kinematoqrafçılar İttifaqı daha yaxşı koordinasiyaedici qurumdur” Azərbaycan Kinematoqrafçılar İttifaqı …