Ana səhifə / İdman / Karateçilərimiz uğurla geri dönürlər

Karateçilərimiz uğurla geri dönürlər

Yeniyetmə və gənclərdən ibarət milli komandamız İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirindən 3 medalla dönür. 

Karate Federasiyası mətbuati xəbər verir ki, 14-15 yaşlı yeniyetmələr arasında Hüseyn Məmmədli (-57 kq, şəxsi məşqçisi Əbülfət Qarayev), və Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) qızıl medala, 16-17 yaşlı gənclərdə isə Əminağa Quliyev (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) gümüş mükafata sahib olub.

16-17 yaşlı gənclər komandasının liderlərindən olan Polina Qurenko (-53 kq) yarış qabağı məşqlərdə zədə aldığından döyüşlərə qatıla bilməyib. Dünya Karate Federasiyasının (WKF) bu ildən təşkil etdiyi Gənclər liqası turnirinin yekun yarışında 67 ölkədən 2652 karateçi mübarizə aparıb.

Baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi yeniyetmə və gənclər seçmə komandası üçün bu yarış həm də fevralda Danimarkada avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyıb. WKF-in Gənclər Liqası 2018-ci ildə Azərbaycan karateçilərinin iştirak etdiyi son rəsmi beynəlxalq turnir olub.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …