Azərbaycanda ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu, prezident İlham Əliyevin bu gün imzaladığı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
Bu müddəa fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunacaq.