Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / Şabranda hamilə qadın döyüldü, uşağı qarnında öldü – FOTO

Şabranda hamilə qadın döyüldü, uşağı qarnında öldü – FOTO

22 yaşlı gəlin ərinin xalası ilə mübahisədən sonra itib.
 
Moderator.az xəbər verir ki, Mollakamallı kəndində gənc gəlin itkin düşüb.
Bu barədə Aytac Rəşid qızı Quliyevanın dayısı Zahid İstiPress-ə məlumat verib. Onun sözlərinə görə, bacısı qızı dekabrın 2-də ərinin evini tərk edib.
Qohumları bildirir ki, Aytacın getdiyini heç kim görməyib. O, ərinin xalası ilə mübahisədən sonra evdən çıxıb və bir daha qayıtmayıb.
Dayısının məlumatına görə, Aytac 6 aylıq hamilə olub. Ərinin xalası tərəfindən döyülüb və bətnindəki uşaq tələf olub. “Onu hansı həkimin müayinə etdiyi belə bəlli deyil. Hara və necə getdiyi isə məlum deyil”.
Şabran polis şöbəsindən 22 yaşlı Aytacın itkin düşdüyünü təsdiqləyiblər. Bildirilib ki, gəlin həqiqətən də evdən gedib, amma həyat yoldaşının xalası tərəfindən döyülməsi təsdiqini tapmayıb.
Aytacın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

Həmçinin oxuyun

Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi

Xəbər verdiyimiz kimi,“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev …