Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Bir nəfər öldü, 2 nəfərin vəziyyəti ağırdır – Masallıda partlayış

Bir nəfər öldü, 2 nəfərin vəziyyəti ağırdır – Masallıda partlayış

Masallı rayonun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova yayıb.

O bildirib ki, hadisə nəticəsində bir ailənin iki üzvü, Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və yaxın qohum Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar: “Dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib. Mərkəzin mütəxəssisləri tərindən konsilium təşkil edilib. Reanimasiyon tədbirlər görülüb.

Lakin buna baxmayaraq bədən səthinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Müseyibov Əli Əbülfəz oğlu (2005-ciil təvəllüdlü) dünyasını dəyişib.

Müseyibov Məhəmməd (2010 –cu il təvəllüdlü) və Kərimov Sənan (2006-cı il təvəllüdlü ) bədən səthinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam edir. Vəziyyətləri ağırdır”.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …