Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İdman / “Real Madrid” İngiltərə klubunun ulduz futbolçusu ilə razılıq əldə edib

“Real Madrid” İngiltərə klubunun ulduz futbolçusu ilə razılıq əldə edib

İspaniyanın “Real Madrid” klubu İngiltərə “Çelsi”sində çıxış edən Eden Azarla razılıq əldə edib.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, razılaşmaya əsasən, 27 yaşlı futbolçu 2019-cu ilin yay ayında Madrid təmsilçisinə keçəcək.

Bildirilib ki, London klubu bu transferdən 170 milyon avro qazanacaq. “Real Madrid” isə icarə əsasında “Çelsi”də çıxış edən Mateo Kovaçiçi bu komandaya verməklə məbləği azaltmaq niyyətindədir.

Qeyd edək ki, Eden Azar 2012-ci ildən “Çelsi”də çıxış edir. O, komandanın heyətində iki dəfə İngiltərə çempionatının, bir dəfə isə UEFA Avropa Liqasının qalibi olub.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …