Ana səhifə / Kriminal / Polisi baltalayan qardaşlar tutuldu

Polisi baltalayan qardaşlar tutuldu

Biləsuvar rayonunda polis kapitanını balta ilə yaralayanlar saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, onlar iki qardaş – Aşağı Cürəli kənd sakinləri Şahbazov Rauf Malik oğlu və Şahbazov Rəşad Malik oğludur.

Onlar barəsində məhkəmənin qərarı ilə məcburi gətirilmə qərarı verilib. Polis əməkdaşları da məhkəmənin qərarını icra etmək üçün həmin ünvana yollanıblar. Bu zaman qardaşlar balta ilə kapitan Ağamalıyev Rəfail Rəfi oğluna hücum ediblər. Rauf Şahbazov balta ilə R.Ağamalıyevə zərbə endirib və sinəsindən yaralayıb.

Hər iki qardaş saxlanılıb. Polis R.Ağamalıyevin səhhəti normaldır.

Həmçinin oxuyun

“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”

Polkovnik: “4 il ərzində “Azersun Holding”dən 19.5 milyon manat geri alınıb” Müdafiə Nazirliyində 143 milyon …