Bazar ertəsi , May 6 2024
Ana səhifə / İdman / Daha bir əfsanə karyerasını bitirdi

Daha bir əfsanə karyerasını bitirdi

Terri “Çelsi”də 1995-ci ildən çıxış edirdi.

“Çelsi”nin əfsanəvi futbolçusu Con Terri karyerasını bitirib.

AzNews.az xəbər verir ki, bu barədə Terri özü məlumat verib. O, “instaqram”da belə yazıb:

“Futbolda keçirdiyim 23 illik inanılmaz karyeradan sonra qərara gəldim ki, getmək vaxtıdır”.

Terri “Çelsi”də 1995-ci ildən çıxış edirdi. Bu müddətdə “təqaüdçülər”in heyətində 702 oyun keçirib, 65 qol vurub.

O, 5 dəfə İngiltərə çempionu, Çempionlar Liqasının və Avropa Liqasının qalib olub.

2017-ci ildə “Çelsi”dən ayrılan Terri, bir mövsüm “Aston Villa”da çıxış edib. (AzNews.az)

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …