Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Olbrayt Trampı Putin üçün “hədiyyə” adlandırdı

Olbrayt Trampı Putin üçün “hədiyyə” adlandırdı

ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt prezident Donald Trampın NATO və Avropa ölkələrinə yönəlik siyasətini sərt tənqid edib.

Bu mənada Olbrayt Trampı Rusiya prezidenti Vladimir Putin üçün “hədiyyə” adlandırıb.

Sabiq dövlət katibi qeyd edib ki, Tramp və Putin arasında bənzərlik var: “Rusiya ABŞ demokratiyasını çökdürmək və Vaşinqtonla müttəfiqləri arasındakı münasibətləri pozmaq üçün çalışır. Trampın Avropa və NATO ölkələrinə qarşı etdiyi çıxışları xatırlayın. Trampın bir çox aspektdən Putin üçün hədiyyə olduğunu düşünürəm”.

M.Olbrayt vurğulayıb ki, hazırda ABŞ-da qərarvermə mexanizmi işləmir. (AzVision.az)

Həmçinin oxuyun

Gürcüstan parlamenti ilk oxunuşda “rus qanunu”nu qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.83 deputat “lehinə” səs …