Ana səhifə / Siyasət / Aprel ayında 120 dünya lideri Bakıda toplaşacaq

Aprel ayında 120 dünya lideri Bakıda toplaşacaq

Azərbaycan üzv dövlət kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) 2018-ci ilin ikinci yarsından sədrlik funksiyasını həyata keçirir. Ona görə Azərbaycan bu ilin dekabr ayında bu xətlə QDİƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin  toplantısına ev sahibliyi edəcək.
Bunu oxu.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi bildirib ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına – dünyanın 120 ölkəsinin təmsil olunduğu bir təşkilata sədrlik funksiyasını yerinə yetirəcək.
“Sədrlik funksiyası çərçivəsində Hərəkatın 18-ci sammiti gələn ilin aprelində Bakı şəhərində keçiriləcək. Bu sammitə 120 ölkənin dövlət və hökumət başçıları qatılacaq. Onu da xatırladım ki, sədrliyə hazırlıq prosesinin tərkib hissəsi kimi bu ilin 2-6 aprel tarixlərində Azərbaycan Hərəkatın xarici işlər nzirlərinin aralıq toplantısına ev sahibliyi etdi, orada yekun bəyanat qəbul olundu.
Nəzərə almaq lazımdır ki, bu Hərəkat BMT-dən sonra dünya dövlətlərinin cəmləşdiyi və çox geniş bir coğrafiyanı əhatə edən ən böyük beynəlxalq formatdır. Azərbaycan bu qurumun üzv dövlətlərindən biri kimi onun ən fəal üzvlərindəndir”, – deyə H.Hacıyev əlavə edib.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …