Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Avqustda 15 nəfər suda boğularaq ölüb

Avqustda 15 nəfər suda boğularaq ölüb

Avqust ayında 15 nəfər suda boğularaq ölüb.

Azinforum.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, Mingəçevirdə 3, Bakıda 3, Sumqayıtda 1, Lənkəranda 2, Salyanda 1, Daşkəsəndə 2, Yevlaxda 1, Siyəzəndə 1 və Ağdamda 1 nəfər suda boğulub.

Bu müddətdə Dənizkənarı Milli Park, Nardaran, Mərdəkan, Qızılqum, Novxanı, Bilgəh, Buzovna, Türkan, Zuğulba-3, Neftçala sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 24 nəfər xilas edilib.

Qeyd edək ki, iyul ayında 40 nəfər suda boğularaq ölüb.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …