Ana səhifə / İdman / “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli oldu –SİYAHI

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli oldu –SİYAHI

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

“Report”un məlumatına görə, Monakodakı Qrimaldi Forumda təşkil olunan tədbirdə “Qarabağ”ın da rəqibləri bəlli olub.

Azərbaycan təmsilçisi E qrupunda İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” klublarına rəqib olub.

Püşkatmanın nəticələri:

A qrupu: “Bayer” (Almaniya), “Lüdoqorets” (Bolqarıstan), “Sürix” (İsveçrə), AEK (Larnaka, Kipr)

B qrupu: “Zaltsburq” (Avstriya), “Seltik” (Şotlandiya), “Leyptsiq” (Almaniya), “Rusenborq” (Norveç)

C qrupu: “Zenit” (Rusiya), “Kopenhagen” (Danimarka), “Bordo” (Fransa), “Slaviya” (Praqa, Çexiya)

D qrupu: “Anderlext” (Belçika), “Fənərbağça” (Türkiyə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Spartak” (Trnava, Slovakiya)

E qrupu: “Arsenal” (İngiltərə), “Sportinq” (Lissabon, Portuqaliya), “Qarabağ” (Azərbaycan), “Vorskla” (Poltava, Ukrayna)

F qrupu: “Olimpiakos” (Yunanıstan), “Milan” (İtaliya), “Betis” (İspaniya), “Düdelanj” (Lüksemburq)

G qrupu: “Vilyarreal” (İspaniya), “Rapid” (Vyana, Avstriya), “Spartak” (Moskva, Rusiya), “Reyncers” (Şotlandiya)

H qrupu: “Latsio” (İtaliya), “Marsel” (Fransa), “Ayntraxt” (Almaniya), “Apollon” (Kipr)

I qrupu: “Beşiktaş” (Türkiyə), “Genk” (Belçika), “Malmö” (İsveç), “Sarpsport” (Norveç)

J qrupu: “Sevilya” (İspaniya), “Krasnodar” (Rusiya), “Standard” (Lyej, Belçika), Akhisar” (Türkiyə)

K qrupu: “Dinamo” (Kiyev, Ukrayna), “Astana” (Qazaxıstan), “Renn” (Fransa), “Yablonets” (Çexiya)

L qrupu: “Çelsi” (İngiltərə), PAOK (Yunanıstan), BATE (Belarus), “Videoton” (Macarıstan)

Qeyd edək ki, ilk turun oyunları sentyabrın 20-də keçiriləcək. Final matçı isə 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …