Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı –Nazirlik

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı –Nazirlik

Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşların sayı 89 nəfərdir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin bu ilin iyun ayı üzrə hesabatında məlumat verilib. Qonşu ölkənin cəzaçəkmə müəssisələrində saxlanılan Azərbaycan vətəndaşlarının 24-ü təqsirləndirilən şəxs, 65-i isə məhkumdur. Təqsirləndirilənlərin 22-si kişi, 2-si qadın, məhkumların isə 61-i kişi, 4-ü qadındır.

Gürcüstanda həbs cəzası çəkən əcnəbilərin 16,1%-ni Azərbaycan vətəndaşları təşkil edir. Qonşu ölkənin həbsxanalarında 45 ölkənin, ümumilikdə, 554 vətəndaşı saxlanılır. Onların arasında Türkiyə vətəndaşları 134 nəfər olmaqla birinci yerdədir.

Gürcüstanın həbsxanalarında 63 Rusiya, 80 İran və 27 Ermənistan vətəndaşı cəza çəkir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …