Ana səhifə / Siyasət / Daha bir jurnalistin evində axtarış aparılıb

Daha bir jurnalistin evində axtarış aparılıb

“Azadlıq Radiosu”nun əməkdaşı İslam Şıxəlinin kirayə qaldığı evdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin əməkdaşları tərəfindən axtarış aparılıb. Axtarış vaxtı evdə olmadığını qeyd edən jurnalist istintaq idarəsinə çağırıldığını da bildirib:
“Bu gün kirayə qaldığım evdə axtarış olub. Mən evdə olmasam da dostum Orxan “Bandotdel” və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin əməkdaşlarını yaxşı qonaqlayıb.
Amma qonaqlar evi elə hala salıblar ki, polisi təhkim etsən orada durmaz. Bu nə axtarışdır? Bu nə əməliyyatdır?

Vəkil, hüquqi nümayəndə iştirakına şərait yaradılmayıb. Dərhal telefonlar müsadirə olunub. Ümumiyyətlə evdə sənəd, kompüter, yaddaş kartı, kamera və nə varsa götürülüb. Qalan əşyaları da dağıdıb, töküblər evin ortasına. Toyda olduğum bir vaxtda bu xəbər mənə çatdı. Çox məyus oldum. Bazar ertəsi istintaq idarəsinə çağırılmışam”.

 

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın