Ana səhifə / Siyasət / Bakıdakı “zapravka”ların giriş-çıxışında dəyişiklik olacaq – Foto

Bakıdakı “zapravka”ların giriş-çıxışında dəyişiklik olacaq – Foto

Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra təkliflər hazırlayıb.

“ Azinforum.az ” ın oxu.az-a istinadən məlumatına görə, Bakı şəhəri ərazisində yerləşən bir çox yanacaqdoldurma məntəqələri (YDM) və digər obyektlərdən, nəqliyyat vasitələrinin giriş-çıxış hissələrinin kənarları itibucaq formasında olduğu üçün avtomobillər giriş və çıxış etdikləri zaman geniş manevr edirlər ki, bu da yolun iki hərəkət zolağından birinin anidən tutulmasına, eləcə də hərəkətdə olan və arxadan gələn digər nəqliyyat vasitələrinin sərbəst hərəkət etməsinə maneə yaradır.

Nümunə üçün, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində, hər iki kənar köməkçi yolda “Azpetrol” YDM-də və eləcə də “Asan” xidmətin binasının qarşısındakı avtobus marşrutlarının dayanacağı üçün salınmış cibdə analoji hal yaşandığından, yol-nəqliyyat hadisəsinin baş verməməsi və tıxac hallarının yaranmaması üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən əraziyə baxış keçirilmiş, yolun hərəkət hissəsinin ölçüləri və qeyd olunan istiqamətlərdən istifadə edən nəqliyyat vasitələrinin sayı götürülüb.

Heydər Əliyev prospekti, sağ kənar köməkçi yol, şəhərin mərkəzi istiqamətində, “Azpetrol” YDMdən çıxış üçün salınmış yolun eni 10,5 metr, yolun hərəkət hissəsinin eni isə 7,2 metr, hərəkətdə olan ortalama nəqliyyat vasitələrinin sayı 41941 avt/gün təşkil edir. Qarşı tərəf isə Heydər Əliyev prospekti, sağ kənar köməkçi yol, “Koroğlu” metro stansiyası istiqamətində “Azpetrol” YDM-dən çıxış üçün salınmış yolun eni 8 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr, hərəkətdə olan ortalama nəqliyyat vasitələrinin sayı isə 35 325 avt/gün təşkil edir.

Yuxarıda qeyd edilənlərə və aparılan araşdırmalara uyğun olaraq, Bakı şəhəri ərazisində yerləşən bir çox YDM-dən və digər obyektlərdən, eləcə də Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospektində, hər iki kənar köməkçi yolda yerləşən “Azpetrol” YDM və “Asan” xidmətin binasının qarşısındakı avtobus marşrutlarının dayanacağı üçün salınmış cibdən giriş-çıxış üçün yolun kənarlarının sxemdə göstərildiyi qaydada ovalşəkilli edilməsi təklif edilir.

 

Bakıdakı “zapravka”ların giriş-çıxışında dəyişiklik olacaq  -  Foto
Bakıdakı “zapravka”ların giriş-çıxışında dəyişiklik olacaq  -  Foto
Bakıdakı “zapravka”ların giriş-çıxışında dəyişiklik olacaq  -  Foto
Bakıdakı “zapravka”ların giriş-çıxışında dəyişiklik olacaq  -  Foto
Bakıdakı “zapravka”ların giriş-çıxışında dəyişiklik olacaq  -  Foto

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın