Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / Sabiq YAP-çı deputat Asya Manafova sükutu pozdu:“Bunu heç vaxt başa düşə bilmirəm”

Sabiq YAP-çı deputat Asya Manafova sükutu pozdu:“Bunu heç vaxt başa düşə bilmirəm”

Keçmiş deputat Asya Manafova aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı Modern.az-a açıqlama verib.

O, Azərbaycanda keçirilən seçkiləri bu cür dəyərləndirib: “Növbəti 7 il üçün prezident seçilən İlham Əliyevi təbrik edirəm. İlham Əliyev mərhum prezident Heydər Əliyevin yetişdirməsidir. O məktəbi keçib. O biri namizədlər hansı məktəbi keçib ki, özlərini İlham Əliyevə alternativ görürlər?! Bunu heç vaxt başa düşə bilmirəm”.

Asya Manafova bundan sonrakı problemlərdən də danışıb.

“Problemlərimiz var. Bu təkcə Dağlıq Qarabağ məsələsi deyil. Bütün dünyada mövcud olan problemlər bizə də aiddir. Dünyada gedən problemlər Azərbaycandan yan keçmir. Bu, birinci məsələdir. İkinci məsələ isə odur ki, Azərbaycan inkişaf edir və problemlərin həllində hamılıqla iştirak etməliyik. Ona görə də İlham Əliyevə alternativ kimsə yoxdur”.

Qeyd edək ki, Asya Manafova Milli Məclisin 1-ci və 2-ci çağırış deputatı olub. Sonra keçmiş nazir Əli Nağıyevlə birgə Azərbaycanın Belarusdakı səfirliyində çalışıb.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …