Ana səhifə / Kriminal / Ağsuda çörək sexi yanaraq kül oldu – Video

Ağsuda çörək sexi yanaraq kül oldu – Video

Bu gün səhər saatlarında Ağsuda mərkəzi bazarının yanında yerləşən çörəkbişirmə sexində yanğın olub.

“ Azinforum.az ” xezerxeber.az-a istinadən xəbər verir ki, yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı müəssisənin 313 kvadratmetrlik hissəsi yanıb. Xəsarət alan olmayıb.

Yanğının səbəbi və sexə nə qədər maddi ziyanın dəydiyi araşdırmalardan sonra məlum olacaq.

 

Həmçinin oxuyun

Gömrükdə əməliyyat: Rəis dindirilmə üçün Bakıya gətirildi

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.  Bakupost.az xəbər verir ki, əməliyyat …