Cümə axşamı , May 9 2024
Ana səhifə / Aktual / Mirşahin Ağayev Aytəkin Alxaslını “Real TV”yə niyə dəvət etməyib? – Açıqlama

Mirşahin Ağayev Aytəkin Alxaslını “Real TV”yə niyə dəvət etməyib? – Açıqlama

Sosial şəbəkələrdə tanınmış jurnalist Aytəkin Alxaslının skuterlə qəzaya düşdüyü anın görüntüləri yayılıb. Hadisə illər öncə baş versə də, jurnalist bir anda sosial mediada müzakirə predmetinə çevrilib.
A.Alxaslı Azvision.az-a açıqlamasında saytlardan birində bölgə müxbiri işlədiyini deyib. O, buna baxmayaraq, hələ də televiziyada işləmək istədiyini bildirib. Jurnalist, həmçinin, qeyd edib ki, Mirşahin Ağayev yeni açdığı Real TV-yə onu dəvət etməyib.
“Təklif gəlsə belə, nə qərar verəcəyim barədə bir söz deyə bilmərəm. Başqa işlərdə işləmək istəmirəm. Televiziyada işləmək istəyərəm, arzu heç vaxt tükənmir, özümü doğma olan kollektivdə, ANS-çilərlə bağlı kollektivdə görmək istəyərəm. Hazırda ANS-çi olaraq qalsam, daha yaxşıdır”.

Həmçinin oxuyun

Zaqatalada institutda kütləvi zəhərlənənlər olub – Say 40-ı ötüb (Yeniləniib)

Zaqatalada dünən zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb. Azinforum.az TƏBİB-ə istinadla xəbər verir ki, mayın …