Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / “Whatsapp”da səs və görüntü yayıldı, polis hərəkətə keçdi – Video

“Whatsapp”da səs və görüntü yayıldı, polis hərəkətə keçdi – Video

Sumqayıt şəhərində orta məktəb və bağça yaxınlığında şübhəli şəxsin olması barədə məlumatlar yayılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Whatsapp” sosial şəbəkəsi üzərindən yayılan auido və video məlumatlarda orta yaşlı bir kişinin azyaşlılardan ünvan soruşub, sonra isə uşaqlardan onu həmin yerə aparmalarını və orada seksual xarakterli hərəkətlər etdiyi iddia olunub. Həmin şəxsin təhlükəsizlik kamerasından görüntüləri də əldə edilib. Sumqayıt şəhər 28 saylı məktəbinin müəlliməsinin adından yayılan audio elanda valideynlərə ehtiyatlı olmaları tövsiyə olunur.

“Qafqazinfo” məsələ ilə bağlı rəsmi açıqlama almaq üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasa da, telefonlara cavab verən olmayıb.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …