Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir ilə görüşüb.
Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib və hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Həmçinin oxuyun
Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı
Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …