Azinforum.az AZƏRTAC-a istinadən xəbər verir ki, dənizkənarı Bulvara gələn paytaxt sakinləri Kemerovo sakinlərinin kədərini bölüşərək bu faciədə həlak olanların xatirəsini yad etmək üçün səmaya ağ rəngli şarlar buraxıb, şamlar yandırıblar.

Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərindəki “Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğın zamanı 41-i uşaq olmaqla, 64 nəfər ölüb.