Cümə axşamı , May 9 2024
Ana səhifə / Cəmiyyət / Xəzərdə nərə balıqlarının ovuna moratorium uzadıla bilər

Xəzərdə nərə balıqlarının ovuna moratorium uzadıla bilər

Xəzər dənizində nərə balıqlarının ovuna moratorium 2027-ci ilə qədər saxlanmalıdır.Balıqçılıq üzrə Federal Agentliyinin Vasili Sokolov belə hesab edir.

O qeyd edib: “Biz 2009-cu ildə birtərəfli qaydada qadağa qoyduq. Xəzəryanı ölkələrin dövlət başçılarının sammitindən sonra bu qadağanın hökumət səviyyəsində edilməsi üçün tapşırıqlar verildi”.

V.Sokolov xatırladıb ki, ötən il Azərbaycanda keçirilən Xəzəryanı ölkələrin sessiyasında Rusiya dənizdə balıq ovuna 10 illik qadağa qoyulması təklifi ilə çıxış etdi: “Bu təklifi İran istisna olmaqla bütün Xərəryanı dövlətlər dəstəklədi”.

O əlavə edib ki, hazırda Xəzərdə brakonyerliklə mübarizə yaxşılaşıb.

Həmçinin oxuyun

Bu gün faşizm üzərində qələbədən 79 il ötür

Bu gün Azərbaycanda faşizm üzərində Qələbə günü qeyd edilir. Faşizm üzərində qələbədən 79 il ötür. …