Bazar ertəsi , May 6 2024
Ana səhifə / İqtisadiyyat / Yanvarda bu məhsullar xeyli bahalaşıb

Yanvarda bu məhsullar xeyli bahalaşıb

2018-ci ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar ayı ilə müqayisədə 3,0 faiz artaraq 1490,3 milyon manat olub.
“Ölkə.Az” xəbər verir ki, Bakının ticarət şəbəkələrində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 694,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,8 faiz artaraq 795,4 milyon manata bərabər olub.
İstehlak məhsullarının 21,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 65,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 3,2 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,5 faiz az istehlak məhsulları satılıb.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …