Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / Bakı şəhər kartının VAXT LİMİTİ və QİYMƏTLƏRİ açıqlandı

Bakı şəhər kartının VAXT LİMİTİ və QİYMƏTLƏRİ açıqlandı

“Bakı şəhər kartının vaxt limiti olacaq, amma həmin müddətdə xidmətlərdən limitsiz istifadə edə biləcək”.

Trend-in məlumatına görə, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

K.Quluzadə bildirib ki, kartlar həm yerli, həm də xarici vətəndaşlar üçün istifadəyə veriləcək.

Kartlar 24, 72 saatlıq və 1 həftəlik olacaq. Qiymətə gəldikdə isə, bu kartlar 35, 60 və 90 manatlıq nəzərdə tutulub:

“Belə bir kart dünya təcrübəsində var. Bakıda da belə bir karta çoxdan ehtiyac var idi. Kart sahibləri ictimai nəqliyyat və muzeylərdən istifadə edə biləcək”.

Həmçinin oxuyun

Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: – “Bəsdirin də, biz min dənə məktub yazırıq”

Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının …