Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Gələn həftədən seçki prosesinə start verilir – Qanun nə deyir?

Gələn həftədən seçki prosesinə start verilir – Qanun nə deyir?

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamına uyğun olaraq aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası təqvim planını hazırlayıb ictimaiyyətə təqdim etməlidir. 

Bu məqamda “Qafqazinfo” Seçki Məcəlləsinə müvafiq maddələrinə əsaslanaraq bəzi  məqamları diqqətə çatdırır:

Prezidentliyə namizədlərin irəli sürülməsi- Seçkilərin elan edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra (Maddələr : 3, 53, 54, 180)

Namizədliyin irəli sürülməsinin təsdiq olunub olunmaması barədə əsaslandırılmış qərarın qəbul edilməsi- Sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində (M a d d ə l ə r : 53.6, 54.9)

Azərbaycan Respublikasının Prezidentliyinə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması- Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra (M a d d ə l ə r : 56 , 57, 181)

İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyü- nün yoxlanılması və namizədin qeydə alınıb alınmaması haqqında qərarın qəbul edilməsi- Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində (M a d d ə l ə r : 60, 182.1)

Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi gününün elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarının qəbul edilməsi- Səsvermə gününə azı 60 gün qalmış (178.3-cü maddəsinin tələbi nəzərə alınmaqla) (M a d d ə l ə r: 8.1, 178.1, 178.2)

Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi- Səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək  (M a d d ə l ə r : 58.1 , 94.3.1)

Qeydə alınmış namizədlərin siyahısının dərc edilməsi- Səsvermə gününə azı 20 gün qalmış (M a d d ə : 182.3)

Seçkiqabağı təşviqatın aparılması- Səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. (M a d d ə : 75)

Seçkilər günü səsvermənin yeri və vaxtı barədə KİV və ya məlumat lövhələri vasitəsilə seçici-lərin xəbərdar edilməsi- Səsvermə gününə azı 25 gün qalmış (M a d d ə: 104.1)

Məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi nəşrində tam şəkildə dərc edilməsi- Seçki günündən sonra 6 ay müddətində (M a d d ə: 109.5)

“Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi- Mərkəzi Seçki Komissiyasının müvafiq Təlimatına əsasən səsvermə gününə ən azı 20 gün qalmış.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …