Ana səhifə / Dünya / Yunanıstan Türkiyə gəmisini saxlayıb – Şok səbəb

Yunanıstan Türkiyə gəmisini saxlayıb – Şok səbəb

Türkiyəyə məxsus gəmi Yunanıstanın Girit sahillərində saxlanılıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bomba hazırlanmasında istifadə edilən partlayıcı daşıyan gəmi Liviyaya doğru hərəkət edirmiş.
İnformasiyaya əsasən, yük gəmiyə Türkiyənin Mersin və İskenderun limanlarında yüklənib və Tanzaniyaya məxsus olub. Gəminin Cibuti və Omana getməyi planlaşdırdığı haqqında məlumat yayılıb.  Ancaq gəmi kapitanı yükün hamısının Liviyanın Misrata limanına aparılması təlimatını aldığını bildirib.
Məlumata görə, gəmidə ammonium nitrat, elektriksiz partlayıcılar və 11 ədəd maye qaz çəni olub.
Gəminin göyərtəsindəki 8 nəfər heyət üzvü də saxlanılıb.

 

Həmçinin oxuyun

Meral Akşeneri o əvəz etdi – FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyanın yeni sədri məlum olub. Belə ki, pariyanın bu gün keçirilən …