Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / İcra başçısının müavininin işdən çıxarılması təsdiqləndi

İcra başçısının müavininin işdən çıxarılması təsdiqləndi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun birinci müavini Faiq Kərimov istefa verib.

Faktı Axar.az-a təsdiqləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, F.Kərimov öz istəyi ilə ərizə yazaraq işdən çıxıb:

“Faiq Kərimov bir müddətdir ərizə yazıb və işdən ayrılıb. Səbəbi barədə məlumatımız yoxdur”.

E.Qocayev qeyd edib ki, hələlik onun yerinə təyinat olmayıb.

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …