Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Bakıda taksi otelə girdi – Foto

Bakıda taksi otelə girdi – Foto

Bakıda “London Taxi TX4” markalı avtomobil qəza törədib.

Azinforum.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib.

“London taksisi” kimi tanınan avtomobil “Park İnn Hotel” mehmanxanasına çırpılıb. Şahidlərin sözlərinə görə, qəza sürücünün yolu dönərkən avtomobili idarəetməni itirməsi nəticəsində baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin qəzaya uğrayan avtomobil əzilib, otelə isə ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma gedir.

Qeyd edək ki, qəzanın şahidləri olan şəxslər hadisənin barədə sosial şəbəkələrdə də məlumat yayaraq fotolar paylaşıblar.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …