Ana səhifə / Media / MTRŞ-dən “Space”in yalan məlumat yaymasına münasibət – VİDEO

MTRŞ-dən “Space”in yalan məlumat yaymasına münasibət – VİDEO

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Space” televizyasında “Hər gün” xəbərlər buraxılışında alpinistlərdən birinin tapılması ilə bağlı yalan məlumat verilməsinə münasibət bildirib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında deyib ki, cəmiyyəti narahat edən məsələləri diqqətdə saxlamaq KİV-in vəzifəsidir: “Əlbəttə, bu baxımdan “Space”in alpinistlərin axtarışları ilə bağlı reportaj hazırlaması normaldır. Lakin belə həssas məsələlərdə diqqətli olmaq vacibdir”.

Qurum rəsmisi əlavə edib ki, itkin düşənlərin taleyi həm cəmiyyəti, həm də onların yaxınlarını həssaslıqla maraqlandırır: “Bu mənada, hər xırda səhv insanları narahat edə, incidə bilər. Ona görə də informasiyanı dəqiqləşdirib vermək daha doğru olardı. Ümumiyyətlə, xəbərlərdə, televizyalarda yersiz pafosdan, hay-küydən qaçmaq lazımdır. Xəbərlər nə qədər ciddi və dəqiq təqdim olunsa, o qədər effektiv olar”.

 

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …