Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / İcra başçısı özünə sayt yaradıb

İcra başçısı özünə sayt yaradıb

Patriot.az-da onun və həmkarları haqqında yazanlara «cavab» verilir

Azərbaycanda təkcə jurnalistlər deyil, həmçinin dələduzlar, adlarını yaza bilməyənlər də sayt yaradır. İş o həddə çatıb ki, xəbər portalı yaradanların sırasına icra başçıları da qoşulmağa başlayıb.

JAM.AZ xəbər verir ki, bu sahədə ilkə imza atanlardan biri Göyçayın icra başçısı Mübariz Ağayevdir. Məlumata görə, icra başçısı Patriot.az sayt yaradaraq, onu İcra Hakimiyyətinin işçilərinə həvalə edib. Və həmin saytda təkcə Ağayevin deyil, həmçinin bir neçə başqa həmkarının da müdafiəsi məqsədi ilə yazılar dərc olunur.

Amma işin ən qəribə tərəfi odur ki, Patriot.az saytında Azərbaycan iqtidarının maraqlarına xidmət etməyən yazılar da yer alır. Görünür, Göyçayın icra başçısı uzun illər rayonlara rəhbərlik etməsinə rəğmən, həl də təmsil etdiyi hakimiyyətin maraqlarının nədən ibarət olduğunu bilmir.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …

Bir cavab yazın