Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Araşdırma / Hakim 11 il hökm oxudu – 5 manatlıq oğurluğa…

Hakim 11 il hökm oxudu – 5 manatlıq oğurluğa…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadının əl çantasını alıb qaçan iki gəncin məhkəmə prosesi başa çatıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Ucar rayon sakini, 1993-cü il təvəllüdlü Yelmar Surxayzadə və Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Xəyal İsmayılovun bu ilin fevralın 10-da saat 07:15 radələrində, M.Davudoğlu küçəsində “VAZ-2108” markalı avtomobillə Bakı şəhər sakini Hüsniyyə Seyidəliyevanın içərisində 5 manat və şəxsi əşyaları olan əl çantasını soyğunçuluq yolu ilə talayıblar.

Hökmə əsasən Yelmar Surxayzadə 4 il, Xəyal İsmayılov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın