Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial / Azərbaycanda ekoloji təmiz yaşayış massivləri tikiləcək

Azərbaycanda ekoloji təmiz yaşayış massivləri tikiləcək

Azərbaycanda mənzil fondunun inkişafı, əhalinin gəlirlərindən asılı olmayaraq mənzil əldə edilməsi üçün şəraitin yaradılması məqsədilə 2018-2021-ci illərdə bir sıra tədbirlər həyata keçiriləcək.

Azinforum.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ 2018-ci ilin dövlət büdcəsinin zərfində nəzərdə tutulur.

Uyğun qiymətə mənzil təminatı üçün dövlət dəstəyi mexanizmlərinin müəyyən edilməsi və normativ hüquqi bazanın təkmilləşdirilməsi, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerinə müasir tələblərə uyğun yeni çoxmərtəbəli binaların tikilməsi istiqamətində işlər davam etdiriləcək.

Həmçinin, bu illər ərzində ekoloji cəhətdən təmiz və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış massivlərinin tikilməsi də nəzərdə tutulur.

Həmçinin oxuyun

Bu şirkət əmək hüquqlarının pozulmasına görə cəzalandırıldı

“Pixeltec” MMC-yə inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …