Ana səhifə / Cəmiyyət / Şeyxin Qudası: “Deputat olanda aldığım maaş mənə artıqlaması ilə kifayət edirdi”

Şeyxin Qudası: “Deputat olanda aldığım maaş mənə artıqlaması ilə kifayət edirdi”

“Deputat olan zaman aldığım maaş mənə artıqlaması ilə kifayət edirdi”.

Bunu “Ölkə.Az”-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin sabiq deputatı Qalib Salahzadə millət vəkili Siyavuş Novruzovun deputatların maaşının artırılmasını təklifinə münasibət bildirərkən deyib.

Q.Salahzadə deputat olduğu illərdə aldığı maaşından məmnun qaldığını söyləyib:

“Mən deputat olanda 1700 manata yaxın maaş alırdım. Ailədə də iki nəfərik. Bu bizə artıqlaması ilə bəs edirdi. Doğrudur, sonradan devalvasiya baş verdi və pulun dəyəri öldü. Ola bilsin ki, indi deputat maaşı kifayət etmir. Mən deputatların yerinə də nə isə söyləyə bilmərəm. Əgər Siyavuş Novruzov məsələ qaldırıbsa ki, deputatların maaşı azdır, qaldırılsın, deməli bu belədir. Siyavuş müəllim əbəs yerə məsələ qaldırmaz”.
Sabiq deputat hazırda pensiya aldığını və bundan razı qaldığını da bildirib.

Xatırladaq ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputatların maaşının artırılmasını təklif edib:

“Deputatların maaşı artırılmalıdır. Milli Məclis üzvlərinin maaşı rayon prokurorunun və polis rəisinin əmək haqqından aşağıdır. Əksər işləri Milli Məclis həyata keçirir. Həmçinin burada bizdən çox işləyən əməkdaşlar var. Onların əmək haqqı artırılmalıdır”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …