Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Aktual / Daha bir dərslik qalmaqalı: Məktəblilər kitabı tərsinə oxumağa məcburdurlar(FAKT)

Daha bir dərslik qalmaqalı: Məktəblilər kitabı tərsinə oxumağa məcburdurlar(FAKT)

Son günlər mətbuatda Azərbaycanda dərsliklərlə bağlı ciddi problemlər ortaya çıxır və müzakirə olunmaqdadır. Analoji problem 4-ci sinif Azərbaycan dili dərsliyində də mövcuddur.
Azinforum.az xəbər ki, unikal.org-un araşdırmasına görə, 4-ci sinif Azərbaycan dili dərsliyinin 41-ci səhifəsinin “düşün və cavab ver” bölümündə ciddi yanlışlığa yol verilib.
Belə ki, dəsrlikdə tapşırıq mətni əks istiqamətdə yazılıb və təbii ki, bu da məktəblilərin çaşqınlığına səbəb olur. Məktəblilər kitabı baş-ayaq oxumağa məcburdurlar.
Həmin faktı görüntü ilə sizlərə təqdim edirik.
Qeyd edək ki, “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərsliyində xəritə yanlışlığı ilə bağlı mətbuatda və sosial şəbəkədə müzakirələr davam edir. Hadisə ilə bağlı Təhsil Nazirliyi sərt tənqid olunur.

Həmçinin oxuyun

Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir – TƏFƏRRÜAT

Hərracların Təşkili Mərkəzinin işdən çıxarılan əməkdaşı qurumu məhkəməyə verib.İqtisadiyyat.az xəbər verir ki, Babayev Nazim Pərəcan oğlu …