Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Kərkükdə döyüşlər başladı – Son dəqiqə

Kərkükdə döyüşlər başladı – Son dəqiqə

İraq ordusu Kərkükdə hərbi bazaları və neft quyularını ələ keçirmək üçün əməliyyatlara başlayıb.
Axar.az xəbər verir ki, AFP xəbər agentliyi İraq ordusunun Kərkük yaxınlığındakı yolları və infrastruktur qurğularını ələ keçirdiyini açıqlayıb. Əməliyyatların başladığını Kürd Muxtariyyətinin Təhlükəsizlik Agentliyi də təsdiq edib.
İraq Türkman Cəbhəsinin lideri Əşrəf Salihi türkmanlara səslənərək, “Tuzhurmatu və Kərkük ətrafında qarşıdurmalar başlayıb. Özünüzü qoruyun”, – deyib.
Qeyd edək ki, ötən gün İraq hakimiyyəti Kürd Muxtariyyətinin Kərkükə PKK terrorçularını gətirdiyini açıqlayıb. Rəsmi Bağdad İraq Kürd Muxtariyyətinin bu addımının müharibə elan etmək olduğunu bildirib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …