Ana səhifə / Aktual / Qadın jurnalist idarə etdiyi “Hummer”-lə həkimi vurub – FOTO

Qadın jurnalist idarə etdiyi “Hummer”-lə həkimi vurub – FOTO

Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, Xasməmmədova Elvina Vidadi qızı Buzovna qəsəbəsinin Naxçivanski küçəsində idarə etdiyi “Hummer” markalı avtomobillə yolu keçmək istəyən 49 yaşlı Məmmədzadə Gülnarə Siyavuş qızını vurub.

Zərbənin təsirindən G. Məmmədzadə ağır xəsarətlər alıb. O, sürücünün çağırdığı “təcili tibbi yardım” avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirib. Hadisə yerində olan polis əməkdaşları sürücünün ifadəsini alıblar. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar araşdırmalar aparılır.
Hadisəni törədən sürücü E.Xasməmmədova “Azərbaycan qadını” jurnalının əməkdaşıdır. Yaralı piyada G.Məmmədzadə isə özəl klinikaların birində həkim işləyir.

Снимок6f52c073-c72b-4de3-9ed1-e92d540a0b81

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …