Ana səhifə / İdman / “Dünyanın ən güclü boksçuları Bakıya toplaşır”

“Dünyanın ən güclü boksçuları Bakıya toplaşır”

“Dünyanın ən güclü boksçuları Bakıya toplaşır. Məqsədimiz Ümumdünya Boks Şurasının konqresində iştirak etməkdir. İnanıram ki, 4 gün ərzində bizi maraqlı müzakirələr gözləyir”

AzərTAc xəbər verir ki, bu sözləri Bakıda təşkil olunacaq Ümumdünya Boks Şurasının 55-ci konqresində iştirak edəcək məşhur boksçu Bernard Hopkins oktyabrin 1-də təşkil olunan mətbuat konfransında deyib.

Bildirib ki, Ümumdünya Boks Şurası dünyada mötəbərliyi ilə seçilir: “Qurum öz bayrağı altında mütəxəssislərlə yanaşı, çempionları da birləşdirir. Bu bizim üçün fəxrdir. Şuranın çempionatında kəmər qazanmaq və kəməri özündə saxlamağa nail olmaq çox çətindir. Ancaq bunu bacaran çox boksçular var”.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …