Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Röya: “Ağladığımız mahnıları yada salmaq üçündür”

Röya: “Ağladığımız mahnıları yada salmaq üçündür”

Əməkdar artist Röya Ayxanın “15 il birlikdə” adlı səhnə geyimlərindən ibarət sərgisi davam edir. 

“Gənclik Mall” alış-veriş və əyləncə mərkəzində təşkil olunan sərginin ilk gününə Röya da qatılıb. Geyimlərin nümayişindən öncə alış-veriş mərkəzinin aşağı mərtəbəsində qurulan səhnəyə çıxan R.Ayxan sərgiyə gələn hər kəsi salamlayaraq görüş haqda məlumat verib: “Bu görüşün əsas məqsədi sizinlə keçən illər ərzində çiyin-çiyinə oxuduğumuz, ağladığımız mahnıları, verdiyimiz konsertləri yada salmaqdır. Bu gün burada Səbinə Hüseynlə işbirliyindən ərsəyə gələn səhnə libaslarım nümayiş olunur. Sevinirəm ki, bu gecə baş tutdu. Burada iştirak edən bütün dostlarımıza təşəkkür edirəm. Çox sağ olun”.

 

İfaçı daha sonra mətbuat katibi, junalist Türkan Məmmədlini səhnəyə dəvət edib. Sevilən ulduzun mətbuat katibi “15 il birlikdə” sərgisinin hər kəsi keçmiş günlərə aparacağını deyib: “Röya xanımın 15 il ərzində səhnədə geyindiyi ən səs-küylü libaslarını bu gün “Gənclik Mall”un 2-ci mərtəbəsində görə biləcəksiniz. Yəqin ki, siz də Röya Ayxanla xəyallara dalıb, o günlərə qayıdacaqsınız”.

 

Qeyd edək ki, “First Fashion Lab” geyim laborotoriyası və “Peachline” reklam agentliyinin ərsəyə gətirdiyi sərgi bir ay davam edəcək. Sərgidə modelyer Səbinə Hüseynin sevilən ulduz üçün 15 il ərzində hazırladığı səhnə libasları nümayiş olunur.

                

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …