Ana səhifə / 40 milyard sərvəti olan ərəb şeyxi “Tarqovı”da- Fotolar

40 milyard sərvəti olan ərəb şeyxi “Tarqovı”da- Fotolar

Bu gün Azərbaycana rəsmi səfəri planlaşdırılan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Muhammed Bin Rəşid əl-Maktumun bir neçə ay öncəki Bakı səfərinin fotoları yayılıb.

  “Qafqazinfo” xəbər verir ki, qeyri-rəsmi xarakter daşıyan səfərin görüntüləri instagramda yerləşdirilib.

Qeyd edək ki, bir neçə gün öncə şeyxin varisi 18 milyardlıq sərvəti olan Hamdan Muhammed Bin Rəşid əl-Maktum da Azərbaycanda səfərdə olmuşdu. Onu da əlavə edək ki, Hamdan ibn Muhammed əl Maktum Muhammed Bin Rəşidin ikinci oğludur. Belə ki, 2008-ci ildə şeyxin böyük oğlu Rəşid ibn Muhammed Dubay-taxt-tacından imtina etdikdən sonra varislik hüququ avtomatik olaraq qardaşına keçmişdi.

Həmçinin oxuyun

Yeni təyin olunan rektor kimdir? – DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında …

Bir cavab yazın