Ana səhifə / Sosial / Dərbəndin başçısı istefa verdi

Dərbəndin başçısı istefa verdi

Bu il öz 2000 illik yubileyini qeyd edən Dərbəndin başçısı İmam Yaraliyev çərşənbə axşamı istefa verib.

Oxu.az xəbər verir ki, bu barədə RİA Novosti-yə şəhər meriyasından bildiriblər.

“Başçı istefa verib, işdən getməyinin rəsmi səbəbləri barədə günün ikinci yarısında məlumat veriləcək”, – agentliyin həmsöhbəti bildirib.

Daha öncə Yaraliyevə dair cinayət işi açılmışdı, o, federal torpaqların paylanması zamanı öz səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirdi.

Yanvar ayının ortasında Dərbənd meriyasında axtarış aparılıb. Məlum olduğu kimi “torpaq məsələlərinə dair sənədlər” yoxlanılıb.

Həmçinin oxuyun

Ev alarkən diqqətli olun – VİDEO

“Kənd təsərrüfat təyinatlı torpaq sahəsində evlərin tikintisinə icazə verilmir”. Bu sözləri ARB TV-nin efirində yayımlanan …

Bir cavab yazın