Ana səhifə / Kriminal / Nazim İbrahimov 2 ildir işçilərin maaşını vermir – Federasiyanın ofisi bağlandı

Nazim İbrahimov 2 ildir işçilərin maaşını vermir – Federasiyanın ofisi bağlandı

Azərbaycan Qılıncoynatma Federasiyasının ofisi bağlanıb. 

“ Azinforum.az ” “Prosport.az”a istinadən xəbər verir ki, bu barədə Federasiyanın vitse-prezidenti Yaşar Məmmədov bildirib.

O, federasiyanın prezidenti Nazim İbrahimov 2 ildən çoxdur ki, maaşları vermədiyinə görə ofisi avqustun 1-dən bağlamalı olub.

Məmmədov qeyd edib ki, artıq onun öz cibindən federasiya işçilərinə və kommunal xərclərə verəcəyi pul yoxdur. Buna görə də vitse-prezident bu üsula əl atıb.

Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan Nazim İbrahimovun isə Bakıda olmadığı deyilir. O, sentyabrın 1-dək məzuniyyət götürüb.

Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsindən isə sentyabr ayına qədər səbr etmələri bildirilib.

Nazim İbrahimovla görüşdən sonra hər şeyə aydınlıq gələcəyi gözlənilir.

“Ancaq əvvəllər də belə deyildiyini nəzərə alsaq, bu federasiyada “köhnə hamam, köhnə tas”ın davam edəcəyi gün kimi aydındır”, – deyə Y.Məmmədov vurğulayıb.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …

Bir cavab yazın