Ana səhifə / Media / Bakı mağazalarında kifli kökə satılır – VİDEO

Bakı mağazalarında kifli kökə satılır – VİDEO

Bəzi məhsulların üzərində yararlılıq müddəti qeyd edilmir.

“Lider TV”nin verdiyi məlumata görə, Bakıda, mağazalardan birindən alınan kökə kifli çıxıb. Araşdırma nəticəsində məhsulun istifadə müddətinin çoxdan bitdiyi məlum olub.

Mənbə bildirir ki, bu məhsulun məhz uşaqlar tərəfindən daha çox istifadə edildiyini nəzərə alsaq, ciddi təhlükə ilə qarşı-qarşıya gəlirik.

İstehsalçı qanunları pozduğundan xəbərsiz olduğunu bildirsə də, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, qanunla belə müəssisələr 1500 AZN məbləğində cərimlənməlidirlər. Bununla yanaşı, mağaza sahibləri də vaxtı keçmiş məhsullar satdığına görə cəzalanmalıdır.

Alıcılar isə məhsul alarkən bu məqamlara diqqət etməlidirlər: məhsulun üzərində istehsalçı müəssisənin adı, istehsal tarixi, istifadə müddəti və ya son istifadə tarixi, qida dəyərliliyi, tərkibi, müvafiq standartı və s. haqda bilgilər öz əksini tapmalıdır.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın