Ana səhifə / Siyasət / “Apple” mobil rabitə operatoruna çevrilir

“Apple” mobil rabitə operatoruna çevrilir

“Apple” korporasiyası virtual mobil rabitə operatoruna (MVNO) çevriləcək və müvafiq xidmətlər göstərməyə başlayacaq. Bu barədə “Report” “Qazeta.ru”ya istinadən xəbər verir.
Şirkətin şəxsi mobil infrastrukturu olmadığından, servisləri digər operatorların şəbəkələrində işə salacaq. Məlumata əsasən, “Apple” AT&T və ya “Sprint” mobil rabitə operatorları ilə müqavilə bağlamağı planlaşdırır.
Yeni operator bazara 5 il ərzində çıxa bilər. 2015-ci ilin aprel ayında analoji layihəni “Google” şirkəti işə salıb. O, ABŞ-ın “Sprint”, “T-Mobile” operatorlarının şəbəkələrindən, eləcə də WiFi-dan istifadə edir.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın