Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / General Əmirəli Hacızadə İranın Suriyaya atdığı raketlər haqda

General Əmirəli Hacızadə İranın Suriyaya atdığı raketlər haqda

İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Suriyaya yönəltdiyi raket zərbələri terrorçuların bazasını dağıdıb.

Bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general Əmirəli Hacızadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

General bildirib ki, Raketlər Suriyanın Diyrəlzur şəhəri ətrafında cəmləşmiş terrorçuların bazasına düşüb və hərbi sursatları məhv edib. Raket zərbəsi nəticəsində heç bir mülki tikiliyə və şəxsə zərər dəyməyib.

Ə.Hacızadə qeyd edib ki, Suriya hökuməti ilə razılaşdırılmış şəkildə 6 raket atılıb. O vurğulayıb ki, İrana qarşı təxribatlar cavabsız qalmayacaq.(AzərTAc)

Həmçinin oxuyun

MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə …

Bir cavab yazın