Ana səhifə / Sosial / İsa Qəmbər və Arif Hacılı istintaqa çağırıldı

İsa Qəmbər və Arif Hacılı istintaqa çağırıldı

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Prokurorluğa çağırılıb.

Azinforum.az basta.info-ya istinadən məlumat evrir ki, prokurorluq İsa Qəmbəri, Arif Hacılını və Gülağa Aslanlını həbsdəki jurnalist Əfqan Muxtarlının işi ilə bağlı şahid qismində istintaqa cəlb edib.
Çağırışa əsasən İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə vermək üçün Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə getməlidirlər.

Həmçinin oxuyun

Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur – VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin “fond pulu” tələb etdiyi iddia olunur. …

Bir cavab yazın